Xərçəngdən əziyyət çəkən Sevda Əliqızı əməliyyatxanadan canlı efirə QOŞULDU – VİDEO 

Hazırda oxunan: Xərçəngdən əziyyət çəkən Sevda Əliqızı əməliyyatxanadan canlı efirə QOŞULDU – VİDEO 

166465

Xəbər verdiyimiz kimi, müğənni Sevda Əliqızının sinəsində süd vəzinin onkoloji xəstəliyi aşkarlanıb. 

Bizim.Media xəbər verir ki, bir neçə dəqiqə əvvəl sənətçi əməliyyatxanaya daxil olub. 

Bu haqda “Elgizlə izlə” ictimais-sosial verilişinin efirində məlumat verilib. Əməliyyatxanadan canlı efirə birbaşa bağlantı zamanı Sevda səhhəti ilə bağlı bunları söyləyib: 

“Birazdan əməliyyatımız başlayacaq. Çalışıram, həyəcandan uzaq olum. Özümü toplamışam. Həkimlər və tibb işçiləri sağ olsunlar, mənə qayğı göstərirlər. Buna görə isə onlara təşəkkürümü bildirirəm. Onlar mənə burada ruh verirlər. Sağ olsunlar!”.

Verilişin müxbiri bildirib ki, Sevda xanımı əməliyyatxanaya onun oğlu, gəlini və nəvəsi yola salıb. Ailəsi onun üçün həyəcan keçirdiyini və ağladığını söyləyib. Bunu eşidən müğənni isə cərrah masasında kövrələrək ağlayıb. 
Efirdə yayımlanan həmin görüntüləri sizə təqdim edirik: 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO