Tahir İmanov: “Murad Dadaşov 600 nəfər işçisinə maaş verə bilmirsə, çəkilsin qırağa, işləməsin”- VİDEO

Hazırda oxunan: Tahir İmanov: “Murad Dadaşov 600 nəfər işçisinə maaş verə bilmirsə, çəkilsin qırağa, işləməsin”- VİDEO

166267

Şən Hazırcavablılar Klubunun üzvü (KVN), Əməkdar artist Tahir İmanov “Xəzər” televiziyasının rəhbəri, Xalq artisti Murad Dadaşovun bir müddət əvvəl Musiqi Forumunda səsləndirdiyi “Telekanal olaraq maarifləndirməliyik, amma ay sonu “Xəzər TV”nin 600-ə yaxın işçisinə maaş verməliyəm” sözlərinə sərt şəkildə reaksiya verib. 

Bizim.Media xəbər verir ki, İmanov  qonaq olduğu “YouTube”da yayımlanan “AStar” layihəsində Dadaşovun fikirlərinin yalnış olduğunu bildirib. 

“Bu, ayrı-ayrı mövzulardır. Murad Dadaşovun söylədiyi “Telekanal olaraq maarifləndirməliyik” cümləsində nöqtə olmalıdır. Vergül “amma” olmalı deyil. Mən razı deyiləm. Mən Azərbaycan Respublikasının vətandaşı, siravi, kiçik... Hamısını qoyuram bir kənara.  “Maariflənmək vacibdir” və nöqtə”, - deyə Əməkdar artist vurğulayıb.  

Lahiyənin aparıcısı Ülvira Qarayevanın “Bəs Murad Dadaşov kanalda çalışan 600-ə yaxın işçinin maaşını necə versin?” sualına Tahir belə cavab verib: 

“Çəkil qırağa, işləmə. Özəl televiziyalar bağlansın və ya birləşsin. Eyni formatda nə qədər axı kanal ola bilər. Televiziyalar bir-birindən format baxımından ayrılmalıdır. İstənilən telekanala format verilsin. Biri əyləncəli, digəri yumoristik, başqası da yumoristik olsun və sayra...
“Viniqred” olanda belə olurdu... Mən onu bilirəm ki, bayağı musiqini təbliğ etməklə iş düzəlməyəcək. Bu çox böyük problemlərə gətirib çıxaracaq. Artıq gətirib çıxarıb. Burada xüsusi bir yanaşma olmalıdır. Əgər həmin o kanallar aralarında danışsalar, “Centlemen” müqaviləsi bağlasalar, biz yalnız əsl mədəniyyətimizi, musiqimizi, sənətkarları təbliğ edəcəyik... İnanın mənə ki, tamaşaçılar ona da baxacaq, onlar da reytinq gətirəcək, öz işçilərinə maaş verə biləcəklər. Məsələ bundadır”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO