Afaq Bəşirqızı: “Bizim sənətimizdə pul yoxdur” – VİDEO 

Afaq Bəşirqızı: “Bizim sənətimizdə pul yoxdur” – VİDEO 

Hazırda oxunan: Afaq Bəşirqızı: “Bizim sənətimizdə pul yoxdur” – VİDEO 

164498

“İndiki bu çətin zamanda insanların gülüşə, təbəssümə çox ehtiyacı var. Amma həmin insanlar bir neçə gün keçir, deyirlər ki, biz nəyə güldük? Onlar nə deyirdilər? Bütün həmkarlarıma yaşından asılı olmayaraq, arzu edirəm ki, güldürdükləri kimi düşündürsünlər”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı qonaq olduğu “Gündən-günə” verilişində deyib. 

68 yaşlı sənətkar bildirib ki, aktyor peşəsində pul yoxdur: 

“Bizim çox istedadlı aktyorlarımız var. Onlar yetişirlər. Əgər onlar məbəddə (teatrı nəzərdə tutur – red.) işləməsələr və rejissorların nəzarətində olmasalar, tam sənəti dərk etməyəcəklər. Bizim sənətimizdə pul yoxdur. Düzdür, Musiqili və Opera teatrında fərli maaş var. Amma... O hisslər ki, insanlarda bura niyə gəldim, nəyə baxdım, niyə güldüm... İstəmirəm, belə suallar olsun. Çünki o mənə də toxunur. Getmisən, baxmısan, xoşuna gəlib, indi isə deyirsən ki, mən nəyə güldüm. Bunu sən özün özlüyündə təhlil et ki, niyə getdin, baxdın və güldün. Gülməsin də nə etsin, hara getsin? O da var... Bəs, hara getsin, kimə gülsün?” 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO