Brilliant Dadaşova: “Axı nə etmişəm ki, haqqımda “bu niyə ölmür?” yazırlar” - VİDEO 

Brilliant Dadaşova: “Axı nə etmişəm ki, haqqımda “bu niyə ölmür?” yazırlar” - VİDEO 

Hazırda oxunan: Brilliant Dadaşova: “Axı nə etmişəm ki, haqqımda “bu niyə ölmür?” yazırlar” - VİDEO 
163735
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Söz yarası heç zaman sağalmır. Təsəvvür edin, oturmusan evdə, heç kimdə işin yoxdur, açmısan televizoru, görürsən ki, kimlərsə sənin haqqında xoşagəlməz sözlər danışırlar. Baxıb, fikirləşirsən ki, axı bu niyə görə belədir?”  

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu “Qum saatı” verilişində deyib.  

Sənətçi bildirib ki, müğənni olub, gözəl mahnılar səsləndirdiyi halda özü haqda xoş olmayan ifadələr eşidir:  

“Bir insan var deyir ki, “bilirlər ki, sənin qohumunam və bəzi yerlərdə mənə tərs baxırlar”. Ona cavabında söyləyirəm ki, əgər hüquq sistemində işləsəydim, deyərdim ki, bəlkə də kiminsə işinə düzgün qərar çıxartmamışam və nəticədə həmin şəxs mənə düşmən kəsilib. Həkim olsaydım, deyərdim ki, yəqin ki, kimisə düzgün cərrahi əməliyyat etməmişəm. Və ya siyasətçi olsaydım kiminsə xeyrinə və ya əleyhinə danışmışam. Mən mahnı oxuyuram. Mən axı nə etmiş ola bilərəm ki, haqqımda “bu niyə ölmür?” yazsınlar”.  
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO