Küsülü olan Faiq və Tünzalə üz-üzə GƏLDİLƏR - FOTO

Küsülü olan Faiq və Tünzalə üz-üzə GƏLDİLƏR - FOTO

Hazırda oxunan: Küsülü olan Faiq və Tünzalə üz-üzə GƏLDİLƏR - FOTO

162682

Küsülü olan Xalq artistiləri Faiq Ağayev və Tünzalə Ağayeva bir arada görüntüləniblər. 

Bizim.Media xəbər verir ki, sənətçilər tədbirlərin birində üz-üzə gəliblər. 

Faiq və Tünzalənin fotosunu onlarla birlikdə şəkildə yer alan Xalq artisti Nəzakət Teymurova sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  
Tədbirdə üz-üzə gələn müğənnilər kəlimə belə kəsməyiblər.  

Qeyd edək ki, Tünzalə və Faiq illərdir küsülüdür. Bir müddət əvvəl F.Ağayev həmkarı haqda müsbət fikirlər səsləndirib:

“Mənim gözümün qabağında səhnəyə gəlib. O gündən indiyə oxuma tərzi, səsi yadımda qalıb. Tünzalə gələndə mən “Bakı payızın"da münsif idim. Yaxşı, maraqlı, özünəməxsus müğənni idi. Səhnəyə hər keyfiyətli musiqi ifa edən müğənni gələndə sevinirsən”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO