Aygün Bəylər səhhəti ilə bağlı AÇIQLAMA verdi – VİDEO 

Aygün Bəylər səhhəti ilə bağlı AÇIQLAMA verdi – VİDEO 

Hazırda oxunan: Aygün Bəylər səhhəti ilə bağlı AÇIQLAMA verdi – VİDEO 

161719

Xəbər verdiyimiz kimi, şairə Nazilə Səfərli onkoloji xəstəlikdən əziyyət çəkən Əməkdar artist Aygün Bəylərin xəstəxanadan fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Nazilənin bu paylaşımı isə Aygünün səhhətində problemlərin olması ilə əlaqələndirilib. 

Bizim.Media xəbər verir ki, Aygün Bəylər “Xəzər axşamı” verilişinin canlı efirinə zəng edərək sözügedən paylaşımdan söz açıb. 

Əməkdar artist səhhətinin pisləşməsi ilə bağlı yayılan məlumatların yalan olduğunu söyləyib: 

“Bir neçə gündür ki, səhhətimlə bağlı yayılan xəbərlərdən tamaşaçılar kimi mən də çox narahat olmuşam. Mən heç bir xəstəxanaya yerləşdirilməmişəm. Bu, yalan məlumatdır. Bu ilin sonuna, yəni iki aydan sonra canlı solo konsert vermək niyyətindəyəm. Konsertə hazırlaşıram deyə müayinələrimə daha diqqətlə yanaşıram. Çünki istəyirəm, xalqın qarşısında hesabat konserti verim. Həmişəki Aygün Bəylər kimi tamaşaçıların qarşısına çıxım. Bu nə yalan xəbər idi, heç özüm də bilmədim. Nazilə Səfərliyə çox təqid etdim ki, şəkil çəkdirməyi sevmirəm, xoşlamıram.

Amma nə etmək olar… Nazilə bizim şıltaq qızımızdır. Özü gəldi və mənimlə şəkil çəkdirdi. Həmin fotonu isə sosial şəbəkə səhifəsində paylaşdı. Paylaşandan üç dəqiqə sonra sosial şəbəkələrə yayıldı.

O dəqiqə də narahatedici başlıqla şəklim paylaşıldı. Yenə də deyirəm, mən xəstəxanaya yerləşdirilməmişəm, sadəcə ora qan analizi verməyə getmişəm. Hər şey çox gözəldir. Konsertə hazırlaşıram, əhvalım da yüksəkdir. Sağlamlığım da yaxşıdır. Həkimlər də səhhətimlə bağlı xoş sözlər deyiblər”. 
Qeyd edək ki, bir müddət əvvəl Aygün Bəylərdə xərçəng xəstəliyi aşkarlanıb. Müğənni bir neçə dəfə Türkiyədə müalicələr alıb və daha sonra sağaldığını açıqlayıb. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO