Aygün Bəylər xəstəxanaya yerləşdirilib - Yaxınından AÇIQLAMA – FOTO 

Aygün Bəylər xəstəxanaya yerləşdirilib - Yaxınından AÇIQLAMA – FOTO 

Hazırda oxunan: Aygün Bəylər xəstəxanaya yerləşdirilib - Yaxınından AÇIQLAMA – FOTO 

161454

Onkoloji xəstəlikdən əziyyət çəkən Əməkdar artist Aygün Bəylər xəstəxanaya yerləşdirilib. 

Bizim.Media xəbər verir ki, bu haqda şairə Nazilə Səfərli sosial şəbəkə hesabında məlumat yayıb. 

Səfərli hazırda xəstəxanada olan xanəndə ilə fotosunu paylaşaraq “Tez sağalın, əvəzsiz sənətkar” qısa şərhini yazıb. 

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Aygün Bəylərlə əlaqə saxlayıb. 

Özünü sənətçinin yaxını kimi təqdim edən xanım bildirib ki, Aygün müalicəsi ilə bağlı bir sıra preparatları qəbul etmək üçün xəstəxanaya gedib. O, həmçinin əlavə edib ki, müğənni özünü yaxşı hiss edir. 

Qeyd edək ki, bir müddət əvvəl Aygün Bəylərdə xərçəng aşkarlanıb. Müğənni bir neçə dəfə Türkiyədə müalicələr alıb və daha sonra sağaldığını açıqlayıb. 


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO