900 min manatlıq avtomobilini hədiyyə verən azərbaycanlı bloqer özünə “Gelandewagen” ALDI - FOTO

900 min manatlıq avtomobilini hədiyyə verən azərbaycanlı bloqer özünə “Gelandewagen” ALDI - FOTO

Hazırda oxunan: 900 min manatlıq avtomobilini hədiyyə verən azərbaycanlı bloqer özünə “Gelandewagen” ALDI - FOTO

153286

Xəbər verdiyimiz kimi, Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı videobloqer və iş adamı Hüseyn Həsənov dəyəri 900 min manat qırmızı rəngli lüks “Cullinan - Rolls-Royce” markalı avtomobilini mentorluq üçün müəllimi Ayaz Şabutdinova hədiyyə edib. Hüseynin bu addımı isə onu sevməyən “heyter”lərin ürəyincə olub.

Bizim.Media xəbər verir ki, bloqer onu gözdən salmağa çalışan izləyicilərinə sosial şəbəkə hesabı vasitəsi ilə səslənərək yeni aldığı lüks avtomobili ilə “dağ çəkib”. Hüseyn yaşıl rəngdə dəbdəbəli “Mercedes-Benz G-Klasse” markalı nəqliyyat vasitəsinə sahibləndiyini açıqlayıb.

Şəxsi qarajını bəzəyən avtomobillərin önündə fotolar çəkdirən Həsənov şəkilləri 26,8 milyonluq “Instagram” səhifəsində paylaşaraq “Mənim qızlarım. Buna inanmaq çətindir, amma bu, şəxsi qarajımla olan ilk postumdur. Yeni “4x4 yaşıl “hulk””, ailəyə xoş gəlmisən” sözlərini yazıb.















Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO