Nadirdən Elgizə DƏSTƏK:

Nadirdən Elgizə DƏSTƏK: "Təyyarədə "biznes" sinifi ilə yox, adı salonda" - FOTO 

Hazırda oxunan: Nadirdən Elgizə DƏSTƏK: "Təyyarədə "biznes" sinifi ilə yox, adı salonda" - FOTO 

153110

Müğənni Nadir Qafarzadə yeni paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

Bizim.Media xəbər verir ki, sənətçi xarici ölkəyə uçarkən təyyarədə çəkdiyi "selfi"sini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Qafarzadə paylaşdığı fotosuna "Biznes klassda yox, adi salonda. Hamı kimi!" sözlərini yazıb və aparıcı Elgiz Əkbərin adını işarələyib.

Qeyd edək ki, daha əvvəl təyyarədə "biznes" və "ekonom" sinifi ilə bağlı məsələyə aparıcı Elgiz Əkbər qalmaqallı şəkildə şərh vermişdi.
O, "Bəzi görməmişlərə demək istəyirəm ki, həddinizi bilin və "ekonom"la uçmaq o qədər də ayıb deyil. Ayıb, cəmiyyət arasında özünü apara bilməyib, ağzının danışığını bilməyənlərədir" fikirlərini bildirmişdi.


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO