Xalq artistinin arvadı \

Xalq artistinin arvadı \"Tanqo\"nu öyrənmək üçün bu addımı atdı - FOTO/VİDEO

Hazırda oxunan: Xalq artistinin arvadı \"Tanqo\"nu öyrənmək üçün bu addımı atdı - FOTO/VİDEO

151663

Xəbər verdiyimiz kimi, həm ziyarət, həm ticarət üçün Azərbaycanın Xalq artisti Yusif Eyvazov həyat yoldaşı, Rusiyanın Xalq artisti, opera və vokal ifaçısı Anna Netrebko ilə Cənubi Amerikaya, Arqentinaya yollanıblar.

Bizim.Media xəbər verir ki, sənətçi paytaxt Buenos-Ayresi gəzib-dolaşandan sonra "tanqo" rəqsini öyrənməyə cəhd göstərib.

Bunun üçün Anna rəfiqələri ilə birlikdə ilk olaraq ayaqqabı mağazasına yollanıb. 100-dən çox müxtəlif rənglərdə və biçimlərdə dikdaban ayaqqabıları ayağına geyinən Netrebko həmin anları çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Opera divası paylaşımına ""Tanqo"nu kifayət qədər gördükdən sonra biz qəti şəkildə öyrənməyə qərar verdik.

Təəssüf ki, tez başa düşdük ki, ayaqlarınızla "simit" kimi yumruvarı şəkildə bükmək o qədər də asan deyil. Və ümumiyyətlə, bu musiqini belə hiss etmək üçün argentinalı olmalısan! Ancaq biz imtina etməyəcəyik. Bunun üçün isə çoxsayda ayaqqabı aldıq. Bu isə ən vacib məsələdir" sözlərini yazıb.
 




Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO