Aybəniz Haşımova bu gün doğum günü olan İlhamə Quliyevanın məzarını ziyarət etdi – FOTO/VİDEO 

Aybəniz Haşımova bu gün doğum günü olan İlhamə Quliyevanın məzarını ziyarət etdi – FOTO/VİDEO 

Hazırda oxunan: Aybəniz Haşımova bu gün doğum günü olan İlhamə Quliyevanın məzarını ziyarət etdi – FOTO/VİDEO 

151261

""Şir" bürcündən olan nə qədər sənətkarlarımız var imiş... Müslüm Maqomayev, Rasim Balayev, Flora Kərimova, İlhamə Quliyeva, Alim Qasımov, Möhlət Müslümov, Aygün Bayramova, Akif İslamzadə, Afaq Bəşirqızı, Leyli Vəliyeva və doğum taxini bilmədiklərim... Nə gözəl görünür bu siyahı". 
 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artisti Aybəniz Haşımova paylaşdığı postda yazıb. 

Sənətçi hörmətlə andığı və özünə ustad bildiyi əfsanəvi müğənnilərin əziyyət və zəhmət bahasına əldə etdiyi tamaşaçı sevgisindən söz açıb: 

"Bu sənətkarları zaman və əmək yetişdirib və bu zirvəyə gətirib. Bir sənətkarın yetişməsi üçün ən azı 50 il lazımdır ki, o püxtələşib sənətinin ustadına çevrilsin. Amma biz bu baxımdan görün nə qədər xoşbəxtdik ki, bizim bu sənətkarlar doğuluşundan fitri istedada sahibdirlər.

Elə ilk addımlarından öz istedadları ilə tarix yazdılar. Hər çıxışları unudulmaz bir tarix oldu. O tarix ki, əbədi ruhumuza, kölnümüzə köçdü. İnsanlar onların çıxışlarını bir-bir xatırlayır.

Bu, asan deyil, dostlar. Özüm də bu məmləkətin kiçik bir bəndəsi, ifaçısıyam və bilirəm ki, bir əsəri ərzəyə gətirmək üçün ifa etdiklərimi bütün ruhumla icra edirəm.

Evə döndüyümdə isə günlərlə canım ağrıyır... Amma çox da xoş yorğunçuluqdur... Çünki onun müqabilində xalqımızın ardı kəsilməyən alqışları, sənin isə var gücünlə o alqışlara layiq olan əvəzsiz çıxışın var". 

Xalq artisti İlhamə Quliyevanın doğum günü ilə əlaqədar Mədəniyyət Nazirliyinin əməkdaşları, bir sıra ictimai xadimlər və sənətkarın yaxınlarının məzarını ziyarət etdiklərini söyləyən A.Haşımova mərhumlarla bağlı bu sözləri dilə gətirib: 
"Bu gün bizim İlhamə xanımın yubiley günüdür. İlhamə xanım da əbədi yaşayacaq. Çünki o da gözəl sənətkardı. Mədəniyyət Nazirliyinin təşkilatcılığı ilə İkinci Fəxri Xiyabanda İlhamə xanımın 80 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. İlhamə xanımın ruhu daim şad olsun ". 
 







Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO