Cennifer Lopez Ben Afflekin İstanbul tətilinə qatılmadı - FOTO

Cennifer Lopez Ben Afflekin İstanbul tətilinə qatılmadı - FOTO

Hazırda oxunan: Cennifer Lopez Ben Afflekin İstanbul tətilinə qatılmadı - FOTO

149928

Dünya şöhrətli Hollivud aktyoru Benn Afflek birinci ailəsi ilə Türkiyəyə tətilə gəlib. 

Bizim.Media xəbər verir ki, keçmiş həyat yoldaşı Cennifer Garnerdən olan qızları Violet Anne, Serafina Rose Elizabet və oğlu Samuel Garner ilə İstanbula istirahətə gələn Afflekin Sultanahmetdə qaldığı üzə çıxıb. 

“Kapalıçarşı”ya baş çəkən Afflek və uşaqları buradakı pərəstişkarlarının diqqətini çəkib. Bundan başqa, axşam Boğazda bir restoranda nahar edən Afflek paparasilərin obyektivinə tuş gəlib.

Məşhuru addım-addım izləyən paparasilər onun istirahətinə soğan doğrayıblar. Belə ki, restorana getmək üçün oteldən çıxarkən, aktyorun mühafizəçiləri və otel işçiləri videonu çəkməyə çalışan paparasilərin qarşısını almağa çalışıb. Mühafizəçilərin sərt rəftarından narahat olan Afflek araya girib.  
Benin uşaqları ilə İstanbul tətili avqustun 10-dək davam edəcək. Həyat yoldaşı Cennifer Lopezin onlarla birlikdə tətili keçirməməsi iş qrafikinin ağır və sıx olduğu göstərilib. 




















Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO