Mehin anası ilə Şəhidlər Xiyabanında atasının məzarını ziyarət etdi - VİDEO 

Mehin anası ilə Şəhidlər Xiyabanında atasının məzarını ziyarət etdi - VİDEO 

Hazırda oxunan: Mehin anası ilə Şəhidlər Xiyabanında atasının məzarını ziyarət etdi - VİDEO 

148863

Müğənni və aparıcı Mehin Hümbətova anası ilə birlikdə atası Hümbətov Məhəddin Mədət oğlunun məzarını ziyarət ediblər.  

Bizim.Media xəbər verir ki, onlar bunun üçün Şəhidlər Xiyabanına yol alıblar.  

Mehin həmin anları çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb: 

Hümbətova paylaşımına bu sözləri yazıb: "Hər dəfə bura gələndə anam atamla sanki söhbət edir və belə övladlar qoyub getdiyinə görə təşəkkürünü bildirir. Neçə-neçə igid oğullar bu torpaq uğrunda canlarından keçdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!".  
Mehin daha sonra anası ilə qucaqlaşdığı görüntülərinə "Ən saf sevgidir valideyn-övlad sevgisi. Təmənnasız və yalansız" şərhini yazıb.  

Qeyd edək ki, Mehinin məşhurluqda özündən geri qalmayan digər bacısı isə Günel Hümbətovadır. O, hazırda ABŞ-da yaşayır.  


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO