Məşhurlar Natəvan Babayevanın vəfatından YAZDILAR:

Məşhurlar Natəvan Babayevanın vəfatından YAZDILAR: "Pis olduğunu dünəndən bilirdik" – FOTO

Hazırda oxunan: Məşhurlar Natəvan Babayevanın vəfatından YAZDILAR: "Pis olduğunu dünəndən bilirdik" – FOTO
147227
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, AzTV-nin xəbər aparıcısı Natəvan Babayeva uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bir çox məşhur aparıcılar televiziya ulduzunun vəfatı ilə bağlı sosial şəbəkə hesablarında baş sağlığı veriblər.

Lamiyə Ələkbərova: 

"Əziz dostum, savadlı jurnalist, çox dəyərli xəbər aparıcımız Natəvan. Allah sənə rəhmət eləsin, gözəl bacım. Bu nə vaxtsız ölüm? Bu nə pis xəbər? Çox pis olmuşam. Sağalmağını gözləyirdik axı. Mənim səmimi, mədəni, ağıllı, təmkinli, gəşəng dostum. Bizi belə tez tərk etmək də varmış. Məkanın cənnət olsun, Natəvan"

Məşhurlar Natəvan Babayevanın vəfatından YAZDILAR:


Aytən Səfərova:

"Çox pis oldum, Natəvan. Məkanın cənnət olsun. Son dəfə səninlə danışanda, səsində ümid vardı. Amma o ümid bu gün son nəfəslə getdi. Sən yaxşı insan, həmkar idin. Allah rəhmət eləsin! Natışım..."

Məşhurlar Natəvan Babayevanın vəfatından YAZDILAR:


Lalə Azərtaş:

"O gün görüşmək istədim. Azad həkim (Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli - red.) dedi ki, artıq Natəvan evə buraxılıb. Sonra dedi ki, müvəqqəti yaxşılaşdı. Çox heyif bu gözəl xanıma. Allah rəhmət eləsin! Yeri cənnət olsun".

Məşhurlar Natəvan Babayevanın vəfatından YAZDILAR:


Məşhur stilist Samir Əliyev - Samiraldo isə Natəvanın ötən axşamdan vəziyyətinin pis olduğunu bildiyini söyləyib:

"Dünən axşamdan bilirdim, amma inanırdım ki, yaxşı olacaq".

Məşhurlar Natəvan Babayevanın vəfatından YAZDILAR:

Qeyd edək ki, Natəvan Babayeva uzun illər keçmiş ANS televiziyasında xəbər aparıcısı kimi çalışıb. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO