Aynurdan Niyama: “Mənə qalmaqal lazım olsaydı, əlimdəki səs yazışmalarını yayardım” - VİDEO

Aynurdan Niyama: “Mənə qalmaqal lazım olsaydı, əlimdəki səs yazışmalarını yayardım” - VİDEO

Hazırda oxunan: Aynurdan Niyama: “Mənə qalmaqal lazım olsaydı, əlimdəki səs yazışmalarını yayardım” - VİDEO
147021
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Həmkarlarımla dava etməyi sevmirəm. Dost dediyim insan haqqında pis danışa bilmərəm. Çünki özüm də bu sahədəyəm. Hər kəsin öz düşüncəsi, qabiliyyəti var”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova qonaq olduğu “Səhərin səsi” verilişində keçmiş duet ortağı, hazırda isə düşmənə çevrilən Niyam Salami haqqında deyib.

Aynur bildirib ki, Niyam onun haqda xoşagəlməz sözlər danışsa da, o, eyni addımı ona qarşı atmağı düşünmür: 

“Niyam dostum, canımdır. Onun qabiliyyəti, qanacağı ora qədərdir. Ona nələrsə deyib, tövsiyyə etməyəcəyəm. Niyamın az yaşı yoxdur. O, öz səviyyəsində, mən də öz səviyyəmdə danışıram. Mənim xanımlığım, şəxsiyyətim var. Özüm-özümə dəyər verdiyim üçün heç zaman dost haqqında artıq söz demərəm. Niyam əgər məndən uzaq durursa, məcbur onu danışdıra bilmərəm. Danışmırsa mənimlə, danışmasın. Özü bilər. Deyim ki, Niyamla aramızda “müsibət” sözümüz olub və bir-birimizə hansısa artıq sözlər demişik, xeyr! Niyam haqqımda hansısa aqressiv və xoşagəlməz sözlər deyə bilər. Hərənin öz tərbiyəsi var. Əgər bir insana dost deyib, çörək kəsirsənsə, necə onun haqda pis söz deyə bilərsən? Bəs zamanında mənə dost deyirdin? Mənə gündəm və qalmaqal lazım olsaydı, telefonumdakı səs yazmalarını çıxarardım ortalığa. Mənə belə şeylər yox, sənətim, xanımlığım lazımdır. 

Qeyd edək ki, Aynur Dadaşova ilə Niyam Salaminin dostluqlarının bitməsinə səbəb xanım müğənninin həmkarına düşmən kəsilən şəxslərlə restoran açması olub.    

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO