Nazənin: “Bu sənətə aclıqdan yox, varlığımdan gəlmişəm” – VİDEO 

Nazənin: “Bu sənətə aclıqdan yox, varlığımdan gəlmişəm” – VİDEO 

Hazırda oxunan: Nazənin: “Bu sənətə aclıqdan yox, varlığımdan gəlmişəm” – VİDEO 

145445

“Əlizamin qardaşım zaman-zaman fəxr etdi mənimlə. Onun böyük fəxri oldum. Əfsuslar olsun ki, o indi həyatda yoxdur. Gedirəm, onun baş daşını qucaqlayıram. Yeni bir mahnı oxuyanda məzar daşına deyirəm ki, gəldim, səndən halallıq almağa. Hər zaman da mənim arxamda oldu”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nazənin Salayeva qonaq olduğu “Özəl” verilişində deyib.

Müğənnilik peşəsini seçdiyinə görə illərlə böyük qardaşı Əlizamin bəylə küsülü qaldığını deyən sənətçi onun vəfat eməsi ilə hələ də barışa bilmədiyini vurğulayıb:

“Onunla çox mehriban idik. Səhnəyə çıxandan sonra qardaşım məni 10 il dindirmədi. 30 ilə az qalıb ki, mən səhnədəyəm. Sonra bir beş il də o mənə yaxınlıq vermədi. Amma son vaxtlar sanki dünyasını dəyişəcəyini bilirdi və hər bir şeyi mənimlə məsləhətləşirdi. O mənim Əlizamin qardaşımdır. O elə bil ki, qardaşım yox, atam idi. Hər şeyim, arxa-dayağım idi. Onsuz nə qız alırdıq, nə ərə verirdik, nə də ki, oğul evləndirirdik. Onsuz bir dənə də olsun xeyir iş görmürdük. Nəslin böyük bir insanı idi. O, evdən yox, eldən getdi. Üç oğlu var. Hamısı da evlidir. Amma Əlizamin qardaşımın yerini heç kim verə bilməz.

Kiçik qardaşımı özüm böyüdüb başa çatdırmışam. O da dünyasını dəyişdi. Onun üstündə çox əziyyət çəkmişdim. Onu övladım kimi böyütmüşdüm. Bunu bütün rayon da bilir. Amma Əlizamin qardaşımın vəfat etməsi məni yandırıb tökdü. Allah heç kimin sevənlərini əlindən almasın. Allah heç bir bacı-qardaşa bacı-qardaş dağı göstərməsin”. 
Nazənin arxasıyca qara piar aparıb onu gözdən salmağa çalışanlara sərt mesaj yollayıb:

“Əvvəllər zamanə belə deyil idi. Adicə bir kimano libas geyinirdim, rəhmətlik anam deyirdi ki, qardaşlarından ayıbdır, sən utanmadın, qolu açıq paltar geyindin. Buna görə isə mənimlə danışmırdı. Qardaşlarımın xasiyyəti çox ağır idi. Amma mən özümə söz verdim ki, sizin başınızı aşağa salacaq heç bir hərəkət etməyəcəm. Siz mənimlə hər zaman fəxr edəcəksiniz. Sizin ağlınız başqa yerə getməsin. O ağılla da mən bu sənət yolumu elə getdim ki, qardaşlarım, nəslim və boya-başa çatdığım yer məndən utanmasın, xəcalət çəkməsin.

Hər zaman addım atanda yüz dəfə düşündüm. Bəzi şərəfsizlərə çox üzüldüm ki, dırnaqlarım, caynaqlarımla cırmaq-cırmaq gəlmişəm bu sənətə, aclıqdan-giclikdən gəlməmişəm bu sənətə. Varımdan gəlmişəm bu sənətə.
Mən heç zaman kasıb olmamışam. Amma bəzi insanlar ucuz reklamdan ötrü şər-böhtanla istəyirdilər ki, məni ləkələyib, aşağa salsınlar. Onları qəbul edə bilmirdim ki, 27 ildir sizin qarşısınızda bir dənə də olsun artıq hərəkət etmədim, etmərəm də. Öncə özümə, ikincisi ailəmə, övladlarıma, üçüncüsü isə tamaşaçılarıma, dördüncüsü isə boya-başa çatdığım yerə olan hörmətim, izzətimdir. Biz bu gün var, sabah isə yoxuq. Həyatda istər yaxşılıq, istərsə də pislik, nə edəcəksinizsə Allah sizə iki mislini çəkdirməsə, sizi o dünyadan bu dünyaya vasil etməyəcək”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO