Aparıcı Leyla:

Aparıcı Leyla: "Qızları yetkinlik yaşına çatmamış ərə verməyin" - FOTO

Hazırda oxunan: Aparıcı Leyla: "Qızları yetkinlik yaşına çatmamış ərə verməyin" - FOTO
142724
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Övlad bizim şəxsi əşyamız və ya mülkümüz deyil. Valideyn statusu biz övlada təhsil vermək, sağlam və xoşbəxt böyüməsinə şərait yaratmaq, onu heç kimdən asılı etməyəcək həyat səviyyəsinə yaxınlaşdırmaq kimi öhdəliklərə məsul edir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Leyla Əliyeva sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə bildirib. 

Televiziya ulduzu, qızların həddi-buluğa çatmadan tez ərə verməsinə qarşı çıxıb: 

“Bütün bunları edərkən valideyn heç bir şəkildə təmənna güdmür və güdməməlidir. “Sənin üçün gecələr yatmadım”, “Sənin üçün nə qədər pul xərclədim”, “Sənə görə özümü ikinci plana keçirdim” kimi fikirlərə köklənib “Öl desəm, öləcəksən, qal desəm, qalacaqsan” xülyasına düşməyək. Onların seçim etmək hüququ var.
Biz onları istiqamətləndirmək üçünük. Onların nə uşaqlığını, nə də gəncliyini əllərindən ala bilərik. Qızları yetkinlik yaşına çatmamış ərə verib, onları təhsildən, özünüdərkdən məhrum etməyin. Onların hələ formalaşmamış orqanizmini faciəvi sonluğa düçar etməyin. 14-15 yaşında qız uşaqdır. O, təhsil almalıdır, inkişaf etməlidir, özünü qorumalıdır”.

Aparıcı Leyla:

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO