Damla Xırdalanda hücuma məruz qaldı - VİDEO

Damla Xırdalanda hücuma məruz qaldı - VİDEO

Hazırda oxunan: Damla Xırdalanda hücuma məruz qaldı - VİDEO

139623

Damla ləqəbi ilə məşhurlaşan müğənni Məsumə Məmmədovanın başına iş gəlib.

Bizim.Media xəbər verir ki, sənətçi Xırdalanda qatıldığı mağazanın açılışında pərəştişkarların hücumuna məruz qalıb.

Yüzdən çox fanat Damlanın açılışda iştirak edəcəyini eşidər-eşitməz ora axın edib.

Müğənni, sözün əsl mənasında mağazaya nə daxil ola, nə də ki oradan çıxa bilib. Mühafizə xidməti isə Damlanı qorumaq üçün fanatları məkandan uzaqlaşdırmağa çalışıb. Lakin onlar ifaçını yaxından görüb, şəkil çəkdirmək istəyindən vaz keçməyiblər. 

Damla üzləşdiyi gərgindolu vəziyyətdən qorxu, eyni zamanda həyacan keçirib. Heyrətdən yerində donub qalan müğənni bu qədər fanat sevgisinə qarşılıq verərək, onlarla foto çəkdirib.

Həmin anlar lentə alınaraq sosial şəbəkələrdə "viral" olub.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO