Tacik məktəbli azərbaycanlı bloqerin verdiyi

Tacik məktəbli azərbaycanlı bloqerin verdiyi "Lamborghini"  avtomobilindən İMTİNA ETDİ - FOTO

Hazırda oxunan: Tacik məktəbli azərbaycanlı bloqerin verdiyi "Lamborghini"  avtomobilindən İMTİNA ETDİ - FOTO

127486

Xəbər verdiyimiz kimi, Rusiyada və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer Hüseyn Həsənov bir neçə həftə əvvəl "Instagram" hesabında keçirdiyi yarışda qalib gələn tacikistanlı 11-ci sinif şagirdi Ümidcan qiyməti 30 milyon rubl (təxminən 675 min manat) olan qırmızı rəngli lüks “Lamborghini Urus” avtomobilindən imtina edib. 

Bizim.Media xəbər verir ki, bu haqda bloqer sosial şəbəkə hesabında məlumat verib. 

Həsənov bildirib ki, 17 yaşlı qalib ondan “Lamborghini Urus” avtomobilin yerinə nəqliyyat vasitəsinin dəyəri olan 30 milyon rublu istəyib.  

“Ümidcan məndən “Lamborghini Urus” avtomobilin yerinə pul istədi. Çünki, sözügedən nəqliyyat vasitəsi ona lazım deyil. Onun 17 yaşı var. Mən səni çox gözəl başa düşürəm. Mən Tacikistana gəldiyimdə mütləq şəkildə bu pulları hara xərclədiyini və nə aldığını izləyicilərə göstərəcəyəm”, - deyə Həsənov vurğulayıb. 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO