Məşhur repçi Əməkdar artistin OĞLU İMİŞ - VİDEO

Məşhur repçi Əməkdar artistin OĞLU İMİŞ - VİDEO

Hazırda oxunan: Məşhur repçi Əməkdar artistin OĞLU İMİŞ - VİDEO

122749

“Caspian Clan” ləqəbi ilə məşhurlaşan repçi Emil Hüseynov Əməkdar artist Nəcibə Hüseynovanın oğlu olduğu üzə çıxıb. 

Bizim.Media xəbər verir ki, bu haqda “Səhər mərkəzi” verilişində məlumat verilib. 

N.Hüseynova qonaq olduğu proqramda oğlu ilə bağlı etirafları ilə diqqət çəkib: 

“İndi rep janrına daha sadə baxırlar. Artıq hamı sakitləşib. Onlar rep deməyə başlayanda çox pis qarşılanmışdı. Deyirdilər ki, bu nədir, bizə yad olan şeydir, nəyə lazımdır, meyxana var. Amma rep tamam başqa janrdır. Bir-iki dəfə cəhd göstərdi, nəyisə yazdı. Yaşına uyğun olaraq, sevgidən rep yazdı. Oğlum “Sən gəlməz oldun” mahnısının musiqisi üstündə rep yazdı və dedi. Keçmiş “Dəyirman” qrupu da oğlumla eyni dövrdə çıxdı. Biz bir yerdə işləmişik. “Dəyirman”ın üzvləri Rusiyanın hansısa şəhərinə getmişdilər.
İndi yadımda deyil. Dedi ki, orada taksiyə mindik. Sürücü musiqiyə səs verdi. Qulaq asanda gördük ki, Emil “Sən gəlməz oldun” oxuyur. Sürücü dedi ki, görürsən qardaş necə oğlan rep oxuyub. “Dəyirman”çılar söylədilər ki, matımız qurudu ki, biz özümü dağıdırıq, nə qədər işləyirik, bizə qulaq asmırlar. Bu dünən başlayıb, iki kəlimə söz yazıb, buna qulaq asırlar. Dedim ki, mövzusu elədir ki, hamıya yaxındır. Yavaş-yavaş  mən də oğluma görə sakitləşdim. Bu da onun bir məşğulliyətidir”.  
 



Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO