Mehriban Xanlarova Ramiz Novruz HAQDA:

Mehriban Xanlarova Ramiz Novruz HAQDA: "İkinci Həzi Aslanovumuzu itirdik" - VİDEO

Hazırda oxunan: Mehriban Xanlarova Ramiz Novruz HAQDA: "İkinci Həzi Aslanovumuzu itirdik" - VİDEO

121684

"Dilimizə gəlmir Ramiz müəllimə, Allah rəhmət eləsin demək. Tək Ramiz müəllim deyil, bu günlərdə çox sənət adamını itirdik. Onun itkisi bizə çox pis təsir etdi".

Bu sözləri Əməkdar artist Mehriban Xanlarova Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Sənətçi Ramiz Novruzla bağlı xatirələrini dilə gətirib. Xanlarova bildirib ki, o xərçəng xəstəsi olduğunu heç kimə büruzə verməyib:

"Biz, ikinci Həzi Aslanovumuzu itirdik. Bir arxamıza çevirib söz soruşacaq böyüklərimiz qalmayıb. Bir-bir tükənirlər. Sonuncu dəfə teatrımızın yeməkxanasında görüşmüşdük. Dedi ki, yaxşıyam. Ramiz müəllim çox gözəl insan idi, gözəl keyfiyyətləri vardı. Təəssüflər olsun ki, biz onu itirdik. Dəyanətli, qürürlu insan idi. Deyirdi ki, mən xəstə deyiləm, sağlamam. Mənimdə ailəmdə də bu xəstəlikdən əziyyət çəkənlər olub. Bilirik necə ağır bir xəstəlikdir. Allah rəhmət eləsin!".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO