Xalq artistləri Ramiz Novruzovla vidalaşır:

Xalq artistləri Ramiz Novruzovla vidalaşır: "Dostumuzu və qardaşımızı itirdik" - VİDEO

Hazırda oxunan: Xalq artistləri Ramiz Novruzovla vidalaşır: "Dostumuzu və qardaşımızı itirdik" - VİDEO

121663

Xəbər verdiyimiz kimi, ötən gecə saat 23:00 radələrində Xalq artisti Ramiz Novruzov uzun sürən mədə xərçəngindən vəfat edib.

Sənətkarla vidalaşmaq üçün onun çalışdığı Dövlət Akademik Milli Dram Teatrının aktyor kollektivi Ramiz Novruzovun evinə axın edib.

Xalq artistləri Rafiq Əzimov və Kazım Abdullayev mərhum həmkarları ilə bağlı xatirələrini Bizim.Media ilə bölüşüblər.

Rafiq Əzimov:

"Ramiz müəllim "Sizi dünyalar qədər sevirdim" filmində Həzi Aslanov rolu ilə məşhurlaşıb. Dramaturq kimi də öz qələmini sınamışdı. Bir çox teatrda onun əsərləri nümayiş olunub. Fəxr edirəm ki, aktyorluqdan savayı, Ramiz müəllim özünü dramaturq kimi də sınayıb.
Səhər ailəsinə baş sağlığı verəndə dedim ki, böyük sənətkarlarımızı itiririk. Çox gözəl deyiblər ki, böyük sənətkarlar yaranır az-az. Hər yerdə, hər zaman inci tapılmaz. Ramiz Novruzov elə incilərdəndir ki, qəlbimizdə daim yaşayacaq. Allah rəhmət elesin".

Kazım Abdullayev:

"Ramizlə uzun illərdir ki, tanışam. İllərlə onunla birgə Sumqayıt sonra isə Azdrama-da birlikdə çalışmışıq. Ramizlə bir həftə bundan öncə danışmışam. Deyirdi ki, çox pisəm. Səhhətinin pis olduğuna görə danışa bilmirdi. Vəziyyəti ağır idi. Bir ara səhhəti yaxşılaşmışdı, amma sonra yenidən pisləşdi. Xəstəlik belədir də... Bir ay əvvəl teatra baş çəkmişdi.
Hətta tamaşada belə oynayırdı. Özündən səhhəti ilə bağlı soruşanda deyirdi ki, yaxşıyam. Biz ona ürək-dirək verməkdənsə, o bizə verirdi. Deyirdi ki, teatra qayıdıb tamaşalar oynayacağam. Çox heyif... Arzuları vardı, amma heyif yerinə yetirə bilmədi. Onu hər zaman xoş xatırələrlə xatırlayacağam. Dostumuzu, qardaşımızı itirdik. Allah rəhmət eləsin!"

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO