Roza QƏZƏBLƏNDİ: “Tünzalə onkologiya ilə əlləşə-əlləşə üzünüzü güldürürdü” - VİDEO

Roza QƏZƏBLƏNDİ: “Tünzalə onkologiya ilə əlləşə-əlləşə üzünüzü güldürürdü” - VİDEO

Hazırda oxunan: Roza QƏZƏBLƏNDİ: “Tünzalə onkologiya ilə əlləşə-əlləşə üzünüzü güldürürdü” - VİDEO
117340
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müğənni Roza Zərgərli “Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan aktrisa, Əməkdar artist Tünzalə Əliyevanın ölümündən sonra haqqında səsləndirilən xoşaqəlməz ittihamlara cavab verib. 

Bizim.Media xəbər verir ki, sənətçi “Şou xəbər” verilişinə müsahibəsində dünyasını dəyişən aktrisaya məhkəmə quranları “yıxıb sürüyüb”. 

“Hərəsi bir tərəfdən ağzına gələni danışır. Danışan şəxs adam sırasında olsa, bu heç adamı yandırmaz.

Tünzalə onkologiya ilə əlləşə-əlləşə sizin üzünüzü güldürürdü. Hər birimizin ürəyindən bir parça qopa-qopa gedir. Mədəniyyətsizlər,... Haqq, nahaq! İnsan övladı, tamaşaçısı üçün mübariz olub. Tonla qrim edib, çıxırdı sizin kimilərin üzündə təbəssüm yaradırdı. Belə görürəm ki, əgər ölsəm, paxıllığımı çəkən olacaq. Bu faktdır. Ozünün qabağına çıxmasa da, balasının qabağına mütləq çıxacaq. Elə şeylər görüb, eşidirəm ki,... Bu həyat bumeranqdır. Kim kimə nə edirsə, qabağında bitir”, -  deyə Roza vurğulayıb. 
Qeyd edək ki, Tünzalə Əliyeva yanvarın 22-də uzun sürən xərçəng xəstəliyindən Milli Onkoloji Mərkəzində saat 12 radələrində dünyasını dəyişib. Aktrisa yanvarın 23-də Qurd Qapısı məzarlığında dəfn edilib.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO