Mənzurə Rəqsanə ilə Nazənini “sancdı”: “Onlar mən ola bilməyəcəklər” - VİDEO

Mənzurə Rəqsanə ilə Nazənini “sancdı”: “Onlar mən ola bilməyəcəklər” - VİDEO

Hazırda oxunan: Mənzurə Rəqsanə ilə Nazənini “sancdı”: “Onlar mən ola bilməyəcəklər” - VİDEO
113752
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müğənni Mənzurə Musayeva həmkarları Rəqsanə İsmayılova və Nazənin Salayeva ilə “kəllə-kəlləyə” gəlib. 

Bizim.Media xəbər verir ki, sənətçi “ürək” mövzusunda oxuduğu mahnıların həmkarları tərəfindən təkrarlandığını bildirərək, onları sözləri ilə “sancıb”. 

Mənzurəni qəzəbləndirən isə ondan sonra Rəqsanənin və Nazənin ifa etdiyi “ürək” mövzusunda ifa etdikləri fərqli-fərqli “Ay ürəyim” adlı mahnılar olub.  

“Nə oxuyuramsa, digər müğənnilər mahnımın sözlərini başqa cür düzəldib oxuyurlar. Elə bil ki, mənə qədər mövzu tapmırlar. Baxıb, görürlər ki, Mənzurə nə oxudu, çalışırlar o mövzuda mahnı ifa etsinlər. Musiqi əsas eynidir. Onlar oxuduqları mahnıları mənim mahnılarıma nə qədər mənə oxşatsalar da alınmaz! Onlar Mənzurə ola bilməyəcəklər. Kim birinci oxuyubsa, onda daha yaxşı alınıb”, - deyə Musayeva bildirib. 

Müğənni bildirib ki, retro və bəstəkar mahnılarla indi pul qazanmaq mümkün deyil:

“Mən bu mahnıları daha çox toy üçün ifa edirəm. Retro, bəstəkar mahnıları zamanında oxumuşam. Amma o nəğmələrlə pul qazanmaq olmur”. 

Mənzurə Musayeva müsahibəsinin sonunda özünü brend anlandırıb: 

“Brendlər çoxdur. Brendlərin yanında isə Mənzurə Musayeva var. Hamısının cavabını verməyə yüzdə-yüz hazıram”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO