Şəbnəm Gülayın CAVABINI VERDİ – FOTO 

Şəbnəm Gülayın CAVABINI VERDİ – FOTO 

Hazırda oxunan: Şəbnəm Gülayın CAVABINI VERDİ – FOTO 

108617

Müğənni Şəbnəm Tovuzlu həmkarı Gülay Zeynallının onun bir neçə gün əvvəl verilişlərin birinə geyindiyi libasın qiyməti ilə bağlı dilə gətirdiyi fikirlərə reaksiya verib.

Bizim.Media xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Tovuzlu "Bizim bir-birimizə ərkimiz var.

Bunu biz bilirik. Kimlər hara yozur, bu maraqlı deyil" şərhini yazaraq Zeynallıdan incimədiyini bildirib. Gülay isə sözügedən məsələyə "Şəbnəm sənət yoldaşım, hörmət etdiyim xanımdır.

Xırda bir zarafatı böyütməyə ehtiyac yoxdur. Heç kimə atmaca atmıram, ya sözümü deyirəm, ya da ərkim çatan insanalarla zarafat edirəm" fikirlərini ifadə edib.

Qeyd edək ki, G.Zeynallı ötən gün "Xəzər axşamı" verilişində Ş.Tovuzlunun düymələrlə bəzədilmiş libasının qiyməti barədə yalnış informasiya verdiyini bildirib. Zeynallı Tovuzlunun libasının düyməsinin efirdə qopması ilə bağlı “Heç 600 manatlıq geyimin düyməsi qopar ki? Məncə, qırılmamalıdır. Yəqin, 60 manat demək istəyib” vurğulayıb.

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO