Musiqi insan ruhunun qidasıdı. Bu qida milli-mənəvi dəyərlər üstə köklənəndə, həm də insanı doğulduğu torpağa, havasını udduğu vətənə, suyunu içdiyi məmləkətə bağlayır, onu candan sevməyə sövq edir.
Elə musiqi var ki, xa0təkcə insan ruhuna sığal vermir, həm də qəlbdə coşqu yaradır, fırtına törədir. Bunlar vətənpərlik hisslərini tərpədən klassik simfoniya, xa0kamera musiqisi, opera, üvertura, kiçik həcmli mahnılardı. Bəzən 3-5 dəqiqəlik bir mahnının ömrü elə onun ifa edildiyi, eşidildiyi dəqiqələr qədər olur. Elə musiqi əsərləri də var ki, onun ömrü tükənmir, qərinələri, on illikləri özünə hopdurub nəsildən-nəslə keçir. Xüsusilə də bu xa0əsərin ruhunda vətənpərvərlik, qəhrəmanlıq notları varsa, həmin musiqiyə zaval olmur, əzbərlənir, yaddaşlara hopur, dildən-dilə gəzir.
Dünya xalqlarının tarixində xa0həmin dövlətin yaşamasında və gücünün əks olunmasında xüsusi musiqi əsərləri olub ki, həmin parçalar xa0hələ də yaddan çıxıb, unudulmayıb. Məsələn, 1938-ci ildə yazılmış əfsanəvi “Katyuşa”x9d mahnısı bu gün də rus musiqiçilərinin repertuarından düşmür. Vətənpərvərlik ruhunda yazlmış bu mahnı xa01941- 45-ci il müharibəsində xa0sovet əsgərlərinin himninə çevrilmişdi. Beş il müharibə gedən müddətdə sovet ordusunun əhval-ruhiyyəsini xa0yüksəldən “Katyuşa”x9d xa0dünyanın müxtəlif dillərində oxunub, hələ də oxunur. Faşizm üzərində qələbədə çox böyük rolu olan bu mahnı sonralar Rusiyada heykəltaraşlar tərəfindən əbədiləşdirilib. Smolensk oblastının Uqra çayı sahilində 1983-cü ildə taxtadan ucaldılan abidə "Katyuşa" mahnısına həsr olunub.
Üzeyir Hacıbəyovun Səməd Vurğunun sözlərinə yazdığı “Şəfqət bacısı”x9d mahnısı da “Katyuşa”x9d qədər sovet Azərbaycanında əks-səda vermişdi. Fatma Mehrəliyevanın möhtəşəm ifasında səslənən bu mahnı xa0heç bir azərbaycanlının vətənpərvərlik ruhuna xa0təsirsiz ötüşməyib. Təkrar edirəm: insanın vətənpərvərlik xa0ruhunun və qəhrəmanlıq duyğularının xa0oyanmasında belə musiqilərin rolu danılmazdır.xa0
Bu faktdır ki, Üzeyir bəyin “Cəngi”x9dsi, “Koroğlu”x9d operası, xüsusilə də əsərin “Üvertura”x9d hissəsi 30 ilə yaxındır ki, gəncləri xa0vətənpərvər ruhda yetişdirir, xa0qəhrəmalığa səsləyir, torpağın, vətənin müdafiəsinə hazırlayır. Azərbaycanda milli-azadlıq hərəkatının başlandığı illərdə Azadlıq meydanında səslənən “Koroğlu”x9d üverturasını meydana toplaşanlar xa0xorla ifa edirdilər. Əsər insanlarda xa0yaratdığı coşqu qədər, həm də onları torpağa sarılmağa, vətənin xa0müdafiəsi uğrunda ölümə getməyə ruhlandırırdı.
Qarabağ uğrunda döyüşlərdə müsəllah əsgər rolunu oynayan mahnılardan biri də Cavanşir Quliyevin “Əsgər marşı”x9ddı. Bənzərsiz səsi ilə ürəkləri riqqətə gətirən Şəmistan Əlizamanlı “Əsgər marşı”x9dnı ifa edəndə xa0insana elə gəlir ki, əsgərlərin ayaq səsini eşidirsən, sanki əllərində silah düşməni diz çökdürürlər. Bu mahnı ordunun, əsgərin qələbəyə gedən yolunda sanki, bir mayakdı, özülü möhkəm xa0qurulan körpüdü. xa0“Əsgər marşı”x9d “Katyuşa”x9ddan da artıq Azərbaycan xa0xalqının vətənpərvərlik hissini coşdurur, döyüş ruhunu artırır, hər kəsi əzmlə, inad və inamla vətənə xa0sevgi ilə xa0silahlandırır, qələbəyə səsləyir. Təsadüfi deyil ki, bağça yaşlı uşaqlar da “Əsgər marşı”x9dnı həvəs və coşqu ilə oxuyurlar. xa0Bu gün Azərbaycan ailələrində dünyaya gələn oğlan uşaqları (elə qızlar da) xa04-5 yaşdan bu mahnını oxuyurlar. xa0Valideynlər uşaqlarına dövlət xa0himni ilə yanaşı “Əsgər marşı”x9dnı da öryədirlər.
Marş, irəli, marş irəli,
Azərbaycan Əsgəri!
Mənə elə gəlir ki, bir alay, bir bölük xa0qədər vuruşan, savaşan “Əsgər marşı”x9d oxunanda erməni faşistləri diz çökür, qələbə günü yaxınlaşır. İllərdi bu marş savaşır-oxunur, amma ölmür, əksinə ürəklərə köçür, yaddaşlara hopur, xatirələrdə yaşayır. Ona görə də xa0nə zamansa xa0ruslar kimi bizdə də “Əsgər marşı”x9dna heykəl qoyulsa, bu, xalqın vətənpərvərlik hissiniə, qəhrəmanlıq duyğusuna verilən ən yüksək dəyər olar. Bu musiqinin əzəzməti, möhtəşəmliyi qardaş türk ordusunda da öz əks-sədasını verib. Bu günlərdə Türkiyə televiziyalarından birində yayınlanan “Söz”x9d xa0filmində bordo beretlilər “Əsgər marşı”x9dnı oxuyurdular. Nə gözəl! Qüruvericidi!
Şəmistan Əlizamanlı “İgid əsgər, möhkəm dayan”x9d deyə möhtəşəm səsi ilə oxuyanda müharibə qoxusu hiss olunur. Sanki bu səs xa0düşmən üzərinə nərə çəkir. “Cənab leytenant”x9d Ramil Səfərovun simasında Azərbaycan zabitlərinin şərəfinə yazılan mahnıdır. Bu mahnıda da Şəmistan Əlizamanlı səsi, ifası ilə çalışır ki, dinləyiciyə zabit şərəfinin dəyərini çatdıra bilsin, vətənpərvər mahnılarınının xalqın malı olduğunu söyləsin.
Qəhrəmanlığı özündə əks etditən musiqi əsərləro o zaman xalqın malına çevrilir ki, o, təbliğ olunsun, tez-tez səsləndirilsin, konsertlər təşkil olunsun, musiqinin məğzi dinləyənlərə çatdırılsın, festivallar keçirilsin. Xalqın yaralı yeri Qarabağdı. Nə qədər ki, bu torpaq işğaldan tam azad olmayıb xalqda ruh yüksəkliyini xa0hər zaman görmək mümkün olmur. Amma elə ki, ekranda-efirdə vətənpərvərlik mahnısı oxunur, marşlar səslənir o zaman insanda bir ruh yüksəkliyi peyda olur. Sanki bu mahnılar səni döyüşə aparır, düşməni darmadağın etməyə yönləndirir.xa0
Bu gün qəhrəmanlıq xa0mahnıları, xa0əsgər marşları sabaha addımlayan gənclərin inamını birə-beş artırmalı, qələbəyə yaxınlaşdırmalıdır. Şübhəsiz, biz mənfur düşməni mütləq məğlub edəcək, işğal olunmuş torpaqlarımızı erməni faşistlərindən təmizləyəcəyik. Bax, o zaman yeni-yeni qələbə marşları yazılacaq. O zaman şəhidlərimizin ruhu ağ göyərçinə dönüb Vətən göylərində qələbə nəğməsi oxuyacaq.xa0


































































































