Müştərisinin maşını ilə qadını vurdu

Müştərisinin maşını ilə qadını vurdu

Hazırda oxunan: Müştərisinin maşını ilə qadını vurdu

80107
Zaqatalada piyadanın vurulması ilə nəticələnən yol qəzası olub. 


Moderator.az-ın apa-ya istinadən xəbərinə görə, hadisə rayonun Muxax kəndində qeydə alınıb. Rayonun Muxax kənd sakini, 1998-ci il təvəllüdlü İntiqam Zeynullah oğlu Məmmədov idarə etdiyi “VAZ 2106”x9d markalı, 62 BH 975 dövlət nömrə nişanlı avtomobillə kənd ərazisində hərəkətdə olarkən yolun kənarı ilə gedən piyada, Muxax kənd sakini 1967-ci il təvəllüdlü Sevda Məhəmməd qızı Həsənovanı vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Sevda Həsənova Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, İntiqam Məmmədov Muxax kəndi ərazisində fəaliyyət göstərən avtoyuma məntəqəsində  işləyir. Qəzanı törədən zaman idarə etdiyi avtomobil də avtoyuma məntəqəsinə yumaq üçün gətirilmiş maşın olub.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO