Bu gün səhər saat 09 radələrində Qusar şəhrində “Kamaz” markalı yük maşını süpürgəçi qadını vuraraq öldürüb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Əzizbəyov küçəsilə Əbilov küçəsinin kəsişməsində baş verib.
Belə ki, 1990-cı il təvəllüdlü Ruslan Aslan oğlu Xasıyev idarə etdiyi yük maşını ilə yolu keçmək istəyən 1960-cı il təvəllüdlü Rübabə Bəkir qızı Pirmətovanı vurub. Qadın yük maşınının təkəri altında canını tapşırıb.
Qeyd edək ki, qadın süpürgəçi işləyirdi.
Qusar rayon polis şöbəsinin müstəntiqi Ellgiz Məmmədovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə araşdırmalardan sonra məlum olacaq.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.






































































































