Rza Zərrabın cinayət ortağı...

Rza Zərrabın cinayət ortağı...

Hazırda oxunan: Rza Zərrabın cinayət ortağı...

38682
Türkiyədə rüşvət əməliyyatının vaxtından əvvəl həyata keçirilməsi üzündən iş adamı Rza Zərrabın “Rəisim” dediyi iranlı milyarder Babək Zəncanini yaxalamaq mümkün olmayıb. Musavat.com-un Habertürk-ə istinadən verdiyi məlumata görə, o, bu həftə Antalyada Rza Zərrabla görüşməliymiş.

ABŞ-ın dünyadakı bank hesbalarını dondurduğu Babək Zəncani Türkiyədəki işlərinin həyata keçirilməsini Rza Zərraba tapşırıbmış. 39 yaşlı Babək Zəncaninin 13,5 milyard dollarlıq sərvəti var.

Türkiyə polisinin həyata keçirdiyi əməliyyat nəticəsində ifşa olunan dəstənin “1 nömrə”si sayılan Babək Zəncani hava yolları şirkəti, maliyyə qurumları və çoxlu sayda neft tankerlərinin sahibidir. Onun Türkiyədə “Onur Air” hava yolları şirkətini, eləcə də, “Ulusoy” və “Varan” avtobus şirkətlərininin səhmlərinin yarısını satın aldığı bilirilir.

Rza Zərrab və Babək Zəncani Təbrizdə tanış olublar. Təxminən bir il əvvəl Dubaya uçan təyyarədə axtarış zamanı tapılan 1, 208 ton qızılın əsl sahibinin məhz Babək Zəncani olduğu iddia edilir. 

Musavat.com
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO