Xanəndə olan qızını çimərliyə getdiyi üçün bıçaqlamaqda təqsirli bilinən xa0Aynurə Rüstəmovanın cinayət işi üzrə məhkəmə davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Aynurə Rüstəmova barəsində şərti cəza hökmü çıxarılıb.
xa0
Xatırladaq ki, təqsirləndirilən ana qızının xanəndə olduğunu bildirib. İttiham aktına əsasən, A.Rüstəmova ötən ilin yayında qızı Cəmalə Həmidovanı bıçaqlayıb. Buna səbəb qızının ondan icazəsiz çimərliyə getməsi olub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
xa0
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan A.Rüstəmova barəsində həbs qətimkan tədbiri seçilməyib.
xa0
Onun barəsində Cinayət Məcəlləsinin xa0126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.(lent.az)



































































































