Səs-küylü qətlin məhkəməsi başladı  - FOTOLAR

Səs-küylü qətlin məhkəməsi başladı - FOTOLAR

Hazırda oxunan: Səs-küylü qətlin məhkəməsi başladı - FOTOLAR

157034
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində istirahət mərkəzində sevgilisini öldürməkdə təqsirləndirilən Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Moderator.az-ın verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə ilkin hazırlıq iclası baş tutub.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.

Proses noyabrın 10-da davam etdiriləcək.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Könül Zalova 1982-ci il təvəllüdlü Elməddin Əhmədov tərəfindən bu ilin yanvarın 15-də Quba rayonu Qəçrəş yaşayış massivində fəaliyyət göstərən “Retro”x9d ailəvi istirahət mərkəzin qətlə yetirilib. Aralarında yaranmış mübahisə zəminində E. Əhmədov K. Zalovanı boğaraq öldürüb. Daha sonra isə K. Zalovanın “İnfiniti FX 35”x9d markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilini və mobil telefonunu götürərək hadisə yerindən qaçıb.


Səs-küylü
Səs-küylü
Səs-küylü

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO