Qızılın qiyməti sürətlə düşür  ”“ Səbəb

Qızılın qiyməti sürətlə düşür ”“ Səbəb

Hazırda oxunan: Qızılın qiyməti sürətlə düşür ”“ Səbəb

87291
Dünya bazarında qızıla tələbin azalması, bir sıra ölkələrin öz ehtiyatlarını satışa çıxarması, eləcə də investorların sözügedən bazardan öz vəsaitlərini tədricən kəsməsi qiymətli metalı “qiymətsizləşdirən”x9d əsas səbəblərdən hesab edilir. 

Moderator.az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Vüqar Bayramov açıqlama verib. 

O, dünya bazarında qızılın qiymətinin sürətlə düşməsinə aydınlıq gətirib:  

 “Bu gün qızıln qiyməti dünya bazarında psixoloji həddən aşağı düşüb. Belə ki, bir qramı 34 dollara təklif edilən qiymətli metal 35 dollarlıq “döşəməni”x9d silkələyə bilib. Bu isə qızılın qiymətinin son 5 ildə tarixi minimuma düşməsi deməkdir. Son 1 ildə 16, yarım ildə 15 və iyul ayında 7 faiz dəyər itirən qiymətli metalın qramı artıq psixoloji həddən də aşağı düşməklə sözügedən bazarda ciddi durğunluq yaradıb. Eyni zamanda, son 5 ildə qızılın 8 faiz ucuzlaşması qeydə alınıb. Dünya bazarında qızıla tələbin azalması, bir sıra ölkələrin öz ehtiyatlarını satışa çıxarması, eləcə də investorların sözügedən bazardan öz vəsaitlərini tədricən kəsməsi qiymətli metalı“qiymətsizləşdirən”x9d əsas səbəblərdən hesab edilir”x9d. 

 İqtisadçının sözlərinə görə, qızılın qiymətinin ucuzlaşmasına təsir edən digər amil bu qiymətli metala zinət əşyası kimi marağın azalmasıdır:  

 “Hazırda dünya bazarında infilyasiya minimuma enib, səhmlərin qiymətləri isə artmağa başlayıb və dollar güclənir. Bütün bunlar isə qızılın investisiya baxımından cəlbediciliyini azaldır. Eyni zamanda, 2008 və 2009-cu illərdə ehtiyatlarının bir qismini qızal çevirən bir sıra ölkələr, o cümlədən Çin və Hindistanda qızıl külçələr, sikkələr ötən ildən başlayaraq bazara çıxarılıb ki, bu da qızıl təklifinin artmasına səbəb olub. Qızılın qiymətindəki dəyişikliklər valyuta bazarında son zamanlar müşahidə olunan tendensiya ilə də bağlıdır. Dolların möhkəmlənməsi qızıl bazarına iqtisadi və psixoloji təsir göstərir. Digər tərəfdən isə qızıl bazarında spekulyativ oyunlar da kifayət qədər yüksəkdir və bu da qiymətlərin dəyişməsini şərtləndirir. Dünya bazarındakı dəyişikliklər Azərbaycanda da qızılın qiymətinə təsir göstərməkdədir. İdxalın ucuzlaşması nəticəsində daxili bazarda son 1 ayda 7 faizə yaxın azalma qeydə alınıb”x9d. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO