Bakıda gənc rəssam Zəhra Qafarovanın “Zəhranın Rəngli Dünyası” sərgisi keçirilib – FOTO

Bakıda gənc rəssam Zəhra Qafarovanın “Zəhranın Rəngli Dünyası” sərgisi keçirilib – FOTO

Hazırda oxunan: Bakıda gənc rəssam Zəhra Qafarovanın “Zəhranın Rəngli Dünyası” sərgisi keçirilib – FOTO

607880

18 aprel 2026-cı il tarixində Bakıda fəaliyyət göstərən sərgi mərkəzlərindən birində gənc rəssam Zəhra Qafarovanın "Zəhranın Rəngli Dünyası” adlı fərdi sərgisi təşkil olunub.

Bizim.Media xəbər verir ki, sərgi rəssamın 15-ci doğum gününə həsr edilib.

Tədbirdə millət vəkilləri, tanınmış ictimai və mədəniyyət xadimləri, sənət adamları, müxtəlif universitetlərin idarəetmə heyətinin nümayəndələri, həmçinin sənətçinin yaxınları və ailə dostları iştirak ediblər.
 

Təxminən 3 saat davam edən tədbir çərçivəsində çıxışlar edilib, gənc rəssamın yaradıcılıq yolu, sənətə olan marağı və əldə etdiyi uğurlar haqqında fikirlər səsləndirilib. Qeyd olunub ki, Zəhra Qafarova artıq beynəlxalq səviyyəli müsabiqələrdə iştirak edərək mükafatlar qazanıb və özünəməxsus üslubu ilə diqqət çəkir.


Sərgidə nümayiş etdirilən əsərlər müxtəlif janr və üslubları əhatə edir. Ekspozisiyada realizm, şəhər mənzərələri, portretlər, eləcə də müasir və abstrakt üslubda işlənmiş rəsm əsərləri təqdim olunub. Bu müxtəliflik rəssamın zəngin təxəyyülünü və bədii baxışını əks etdirir.

"Zəhranın Rəngli Dünyası” sərgisi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Sərgi iştirakçıları gənc istedadın gələcək uğurlarına inamlarını ifadə ediblər.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO