Elçin Əmirbəyov: “Ermənistan da "Qazan-qazan" prinsipindən faydalana biləcək”

Elçin Əmirbəyov: “Ermənistan da "Qazan-qazan" prinsipindən faydalana biləcək”

Hazırda oxunan: Elçin Əmirbəyov: “Ermənistan da "Qazan-qazan" prinsipindən faydalana biləcək”
607909
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın siyasəti regionda qurulan bütün əlaqələr və layihələrin hər bir ölkə üçün qarşılıqlı faydalı olmasına əsaslanır.

Bizim.Media xəbər verir ki, bu fikirləri “report.az”ın Türkiyə bürosuna açıqlamasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

"Paneldə də bu fikir səsləndirildi ki, belə bağlantı konsepsiyasına müsbət baxmaqla daha dayanıqlı və geniş miqyaslı əməkdaşlıq imkanları yaranır. Əsas məqsəd iqtisadi inkişafı təmin etməklə yanaşı, humanitar və digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir. Məsələn, biz Zəngəzur dəhlizini Orta Dəhlizin bir hissəsi kimi görürük. Bu Azərbaycanın regionda geostrateji bağlayıcı rolunun möhkələnməsinə gətirib çıxarır", - deyə. E.Əmirbəyov bildirib.

Prezidentin nümayəndəsi bildirib ki, qardaş Türkiyə bu əməkdaşlığın məhsuldarlığını görür:

"Bu istiqamətdə Gürcüstanı da unutmaq olmaz. Hazırda mövcud olan bağlantılar Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə, oradan da Avropaya gedib çıxır. Bu əməkdaşlıq çərçivəsində nəqliyyat, logistika və enerji sahələrində mühüm təşəbbüslər reallaşdırılır və bu təşəbbüslər regionun inkişafına əhəmiyyətli təsir göstərir və bu təşəbbüslərdən hər kəs yararlanacaq".

E.Əmirbəyov deyib ki, özünün keçmiş siyasətinə görə izolyasiya vəziyyətində olan Ermənistan da sülh prosesinin nəticəsi olaraq "Qazan-qazan" prinsipindən faydalana biləcək:

"Ermənistanın da sözsüz ki, sülh prosesinə qoşulması, qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişaf etdirilməsi vacibdir. O zaman Ermənistanın da buradan qazancı olacaq, regional iqtisadi əməkdaşlığa inteqrasiya edə biləcək. İnanıram ki, 2026-cı il bu mənada həlledici il olacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO