Ceyhun Bayramov NATO rəsmisi ilə GÖRÜŞDÜ – Müzakirə olunan məsələlər – FOTO

Ceyhun Bayramov NATO rəsmisi ilə GÖRÜŞDÜ – Müzakirə olunan məsələlər – FOTO

Hazırda oxunan: Ceyhun Bayramov NATO rəsmisi ilə GÖRÜŞDÜ – Müzakirə olunan məsələlər – FOTO
607889
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində NATO-nun tərəfdaşlıqlar üzrə baş katibinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə Kevin Hamilton ilə görüş keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" sosial media hesabında paylaşım edilib.

Tərəflər Azərbaycan–NATO arasında uzunmüddətli əməkdaşlığın əhəmiyyətini vurğulayıb, xüsusilə "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndiriblər.
 

Müzakirələr zamanı enerji təhlükəsizliyi və kritik infrastrukturun qorunması sahələrində tərəfdaşlığın inkişaf etdirilməsi perspektivləri də nəzərdən keçirilib.


Nazir regiondakı son proseslər, o cümlədən Ermənistanla post-münaqişə normallaşma prosesi, azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri və davamlı sülhə yönəlmiş səylər barədə qarşı tərəfi məlumatlandırıb.

Eyni zamanda qlobal təhlükəsizlik çağırışları ətrafında fikir mübadiləsi aparılıb, Yaxın Şərqdə gərginliyin azaldılması, beynəlxalq humanitar hüquqa riayət edilməsi və mülki əhalinin qorunmasının vacibliyi xüsusi vurğulanıb.

Ceyhun Bayramov NATO rəsmisi ilə GÖRÜŞDÜ – Müzakirə olunan məsələlər – FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO