Bürclərə görə film TÖVSİYƏLƏRİ

Bürclərə görə film TÖVSİYƏLƏRİ

Hazırda oxunan: Bürclərə görə film TÖVSİYƏLƏRİ

607853

Bürclər insanların zövqlərinə də təsir edir. Kimisi macəra və adrenalini, kimisi isə romantik və emosional hekayələri sevir. Məhz buna görə hər bürcə uyğun film seçmək mümkündür.

Bizim.Media bürclərə uyğun filmləri tövsiyyə edir:

Qoç

Qoç bürcləri enerjili və risk sevən olduqları üçün onlara macəra filmləri daha maraqlıdır. Buna görə də bir qoç bürcünə " Mad Max: Fury Road" tövsiyə olunur. Filmdəki adrenalinin yüksək olması onların xarakterinə uyğun gəlir.

Buğa

Rahatlıq və romantikanı sevən Buğalar üçün "Pride and Prejudice" uyğun seçim sayılır. Filmin sakit və estetik atmosferi Buğa bürcünün zövqünə uyğundur.

Əkizlər

Daim yenilik axtaran Əkizlər üçün "Catch Me If You Can" məsləhət görülür. Sürətli və ağıllı süjet Əkizlərin marağını çəkə bilər.

Xərçəng

Emosional və ailəyə bağlı Xərçənglərə "Little Women" filmi tövsiyə edilir. Çünki film ailə və sevgi mövzularını ön plana çıxarır.

Şir

Diqqət mərkəzində olmağı sevən Şirlər üçün "The Devil Wears Prada" uyğun hesab olunur. Filmdəki güclü və iddialı obrazlar Şirlərə yaxın ola bilər.

Qız

Detallara önəm verən Qız bürcü üçün "Gone Girl" ideal hesab olunur. Filmdəki mürəkkəb hadisələr diqqət və analiz tələb edir.

Tərəzi

Romantika və gözəlliyi sevən Tərəzilər üçün "La La Land" filmini məsləhət edə bilərik. Film həm romantik, həm də vizual baxımdan zəngindir.

Əqrəb

Sirli və dərin xarakterli Əqrəblərə "Black Swan" uyğun gəlir. Psixoloji gərginlik və sirr bu bürcün marağına səbəb ola bilər.

Oxatan

Macəraçı və azad ruhlu Oxatanlar üçün "Into the Wild" ideal seçimdir. Bu film səyahət və sərbəstlik hissini əks etdirir.

Oğlaq

Məqsədli və ambisiyalı Oğlaqların film zövqünə "The Social Network" xitab edir . Uğur uğrunda mübarizə Oğlaq bürcünün xarakterinə uyğundur.

Dolça

Fərqli düşünməyi sevən Dolçalar üçün "Her" maraqlı seçimdir. Film qeyri-adi və futuristik mövzusu ilə seçilir.

Balıq

Xəyalpərəst və emosional Balıqlar üçün "Spirited Away" ideal seçim sayılır. Filmdəki sehrli atmosfer Balıq bürcünün dünyasına yaxındır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO