Səudiyyə Ərəbistanında həcc mövsümünə hazırlıq çərçivəsində Kəbənin örtüyünün alt hissəsini 3 metr yuxarı qaldırılıb.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, ölkənin müvafiq qurumları bu barədə məlumat yayıblar.
Açıqlamada qeyd olunub ki, işlər örtüyün aşağı hissələrinin sökülməsi, künc hissələrinin ayrılması və daha sonra 3 metr hündürlüyə qaldırılaraq sabitlənməsini əhatə edib.
Təxminən iki saat davam edən prosesin 34 mütəxəssis tərəfindən diqqətlə həyata keçirildiyi vurğulanıb.
Həmçinin bildirilib ki, bu addım hər il, xüsusilə həcc dövründə intensivləşən təvaf zamanı örtüyün zədələnməsinin və ona toxunulmasının qarşısını almaq məqsədilə həyata keçirilir.
Açıqlamada əlavə olunub ki, qaldırılan hissə bütün istiqamətlərdən təxminən 2 metr enində ağ pambıq parça ilə örtülüb və bu da zəvvarların ibadətlərini daha rahat yerinə yetirmələri üçün görülən illik tədbirlərdən biridir. (milli.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:49 / 18.04.2026
Kəbənin örtüyü 3 metr yuxarı qaldırıldı
Hazırda oxunan: Kəbənin örtüyü 3 metr yuxarı qaldırıldı
Hazırda oxunan: Kəbənin örtüyü 3 metr yuxarı qaldırıldı
607923
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































