Aİ-92 markalı benzinin satışında problem varmı?

Aİ-92 markalı benzinin satışında problem varmı?

Hazırda oxunan: Aİ-92 markalı benzinin satışında problem varmı?
82377
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda ən böyük yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsinə malik olan “Azpetrol” şirkətinin respublika ərazisində, o cümlədən Tovuz rayonunda yerləşən YDM-də yanacaq satışı adi qaydada davam edir. 

Bizim.Media xəbər verir ki, bunu “Azpetrol” şirkətinin mətbuat katibi Ülviyyə Hüseynova “APA-Economics”ə açıqlamasında bildirib. 

“Azpetrol” YDM-də yanacaq həmişə olub və hazırda da var. Yanacağın satışında məhdudiyyətlər yoxdur və limitlər tətbiq edilmir”, - Ülviyyə Hüseynova vurğulayıb. 

Azərbaycan ərazisində neft məhsullarının topdan və pərakəndə satışını həyata keçirən “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəylinin sözlərinə görə, şirkətin respublika ərazisində avtomobil yanacağının həm topdan, həm də pərakəndə satışında heç bir problemlər və ya məhdudiyyətlər yoxdur. 

Tovuz rayonunda avtomobil yanacağının satışında yaranan problemlərlə bağlı suala cavab verən Üzeyir Həbibbəyli qeyd edib ki, “SOCAR Petroleum” şirkətinin qeyd olunan rayonda YDM mövcud deyil. 
Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə Tovuz rayonu ərazisində “Aİ-92” markalı benzinin satışında problemlərin yarandığı barəsində məlumatlar yayılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO