Energetika naziri İtaliya şirkəti ilə əməkdaşlığı müzakirə etdi

Energetika naziri İtaliya şirkəti ilə əməkdaşlığı müzakirə etdi

Hazırda oxunan: Energetika naziri İtaliya şirkəti ilə əməkdaşlığı müzakirə etdi
81392
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Energetika naziri Pərviz Şahbazov İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Guiseppe Marinonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə şirkətlə energetika sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Nazir Azərbaycanda enerji keçidi istiqamətində görülən işlər, “yaşıl enerji” layihələri və “yaşıl elektrik” ixracı planları haqqında danışıb. 
 

MÖVZU İLƏ BAĞLI:

“Şuşa Yaşıl Enerji Zonasının mərkəzinə çevrilir” – Nazir 


Ölkəmizdə təbii qazın elektrik enerjisi istehsalı ilə enerji resurslarının şaxələndirilməsi istiqamətində vacib rolunu qoruduğu bildirilib. 

Qeyd edilən bütün sahələrdə özəl şirkətlərlə əməkdaşlığın prioritet istiqamətlərdən olduğu vurğulanıb.

Baş icraçı direktor Cuzeppe Marino isə şirkətin fəaliyyəti, başa çatdırılmış qlobal layihələri və son illərdə əldə edilmiş uğurları haqında məlumat verib, ənənəvi elektrik stansiyaların qurğu və avadanlıqlarının təbii qazla yanaşı hidrogen istifadəsi üzrə modifikasiyası istiqamətində nailiyyətləri barəsində danışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO