AŞPA-nın yay sessiyası başlayıb

AŞPA-nın yay sessiyası başlayıb

Hazırda oxunan: AŞPA-nın yay sessiyası başlayıb

80087

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası işə başlayıb.

Bizim.Media xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvləri AŞPA-nın yay sessiyasında iştirak edirlər.

Yay sessiyasından əvvəl nümayəndə heyətinin rəhbəri Səməd Seyidov komitə sədrlərinin iclasına qatılıb.

Bu gün sessiyanın ilk plenar iclasında yay sessiyasının gündəliyi dinlənilərək qəbul ediləcək.

AŞPA yay sessiyasında Niderlandın Kralı Villem-Aleksandr və Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulun çıxışları gözlənilir.
AŞPA Nazirlər Komitəsinin sədri, İrlandiyanın xarici işlər və müdafiə naziri Saymon Kovenin, Finlandiyanın xarici işlər naziri Pekka Haavistonun, Avropa Şurası Baş Katibi Mariya Peyçinoviç-Buriçin iştirakı ilə qurumun yay sessiyası çərçivəsində “Avropada demokratik təhlükəsizliyi müdafiə etmək” adlı yüksək səviyyəli və interaktiv debat paneli nəzərdə tutulub.

Panel “Avropada təhlükəsizliyə dair son çağırışlar: Avropa Şurasının rolu nədir?” adlı hesabatın davamı kimi təşkil olunduğu bildirilir.

Sessiya çərçivəsində müzakirə olunacaq digər mövzular arasında Rusiya- Ukrayna müharibəsinin humanitar nəticələri, xüsusilə də daxili və xarici miqrasiya, MH17 təyyarəsinin vurulmasına dair məsuliyyət kimi məsələlər də yer alıb.
Həmçinin, AŞPA parlamentariləri onlayn kommunikasiyanın monitorinqi, Avropada antisemitizmin qarşısının alınması, ona qarşı necə mübarizə aparılması, keyfiyyətli xidmətlər və peyvənd əleyhinə miflərin məhv edilməsi yolu ilə peyvənd vasitəsi ilə qarşısı alına bilinən xəstəliklərlə mübarizə kimi məsələlərin də müzakirə ediləcəyi gözlənilir.

Deputatlarımız sessiya çərçivəsində keçiriləcək müzakirələrdə çıxış edəcək, qeyd və təkliflərini bildirəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO