Azərbaycanın ehtiyat aktivləri 1,6 milyard dollar artdı

Azərbaycanın ehtiyat aktivləri 1,6 milyard dollar artdı

Hazırda oxunan: Azərbaycanın ehtiyat aktivləri 1,6 milyard dollar artdı

78835

Yanvar-mart aylarında kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 9,7 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 254,7 milyon dollar azalıb.

Bizim.Media Mərkəzi Banka istinadən xəbər verir ki, depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 235,3 milyon dollar, xalis maliyyə öhdəlikləri 242,1 milyon dollar artıb.

Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank sektorunun kreditləri (21,2 milyon dollar) hesabına artıb, neft-qaz sektorunun kreditləri (168,6 milyon dollar) dövlət kreditləri (61 milyon dollar), dövlət zəmanətli kreditlər (37,1 milyon dollar) və müəssisələrin kreditləri (9,2 milyon dollar) hesabına azalıb.

Bu ilin I rübü üzrə ölkənin ehtiyat aktivləri 1,6 milyard dollar məbləğində artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO