KOBİA və İranın Kiçik Sənaye və Sənaye Parkları Təşkilatı arasında Memorandum imzalandı

KOBİA və İranın Kiçik Sənaye və Sənaye Parkları Təşkilatı arasında Memorandum imzalandı

Hazırda oxunan: KOBİA və İranın Kiçik Sənaye və Sənaye Parkları Təşkilatı arasında Memorandum imzalandı
64385
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Martın 11-də Bakıda keçirilmiş Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İranın Kiçik Sənaye və Sənaye Parkları Təşkilatı (ISIPO) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İran İslam Respublikasının yollar və şəhərsalma nazirinin müavini Xeyrulla Xadəmi imzalayıblar. 

Memoranduma əsasən tərəflər sahibkarlıq üzrə təlim, seminar, mübadilə proqramlarının təşkili sahəsində əməkdaşlıq edəcək, KOB-ların rəqabətqabiliyyətini dəstəkləmək və qarşılıqlı olaraq bazarlara çıxışının genişləndirilməsi üçün sənaye parklarında iştirak təşviq olunacaq, innovativ sahibkarlıq və informasiya texnologiyaları transferinin asanlaşdırılması üçün tədbirlər görüləcək, İran və Azərbaycanın kiçik müəssisələrinin iştirakı ilə biznes assosiasiyaların yaradılmasına dəstək üçün qarşılıqlı biznes missiyalar, görüşlər və səfərlər təşkil olunacaq, KOB-ların məhsul və xidmətlərinə, birgə müəssisələrin yaradılması imkanlarına, tədbirlər və sərgilərə dair qarşılıqlı məlumat mübadiləsi aparılacaqdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO