Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Hazırda oxunan: Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”
640497
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağdam, Əsgəran və Xocalı rayonlarında 24 min hektardan çox əkinəyararlı torpaq sahibkarları gözləyir.

Bizim.Media xəbər verir ki, bunu Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində təşkil olunmuş "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsində bildirib.

"Bu rayonlarda 50 min hektardan çox əkinəyararlı torpaq sahəsinin 24 min hektarı hələ dövriyyəyə cəlb olunmayıb, yəni istifadə üçün hazırdır.

Buradan üzümü bütün sahibkarlara tuturam, gəlin, torpaq da var, infrastruktur da var, dövlətin dəstəyi də var. Yetər ki, siz bunu istəyəsiniz, buna inanasınız və indiyə qədər göstərdiyiniz fəaliyyəti kənd təsərrüfatında, o cümlədən işğaldan azad olunmuş ərazilərdəki aqrar sektorda sərgiləyəsiniz. Bu ərazilərdə sahibkarlıq xüsusi önəm kəsb edir, mənfəətlə yanaşı həm də şərəf məsələsidir, torpaqların dirçəlməsidir", - deyə o qeyd edib. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO