Rəşad Həsənov maliyyə nazirinin müşaviri təyin olundu

Rəşad Həsənov maliyyə nazirinin müşaviri təyin olundu

Hazırda oxunan: Rəşad Həsənov maliyyə nazirinin müşaviri təyin olundu

636526

Rəşad Həsənov maliyyə nazirinin müşaviri vəzifəsinə təyin olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Rəşad Həsənov özü məlumat verib.

O bildirib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb.

“Dövlət qulluğunda peşəkar fəaliyyətimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyində nazirin müşaviri kimi davam etdirərək dövlət maliyyəsinin idarə olunması sahəsində ölkədə aparılan genişmiqyaslı islahatlara töhfə verməyə davam edəcəyəm”, – R.Həsənov qeyd edib.
 

Rəşad Həsənov 2025-ci ilin avqustundan 2026-cı ilin iyulunadək BVF və Dünya Bankı Qrupunun İcraçı Direktorlar şuralarında Azərbaycanın nümayəndəsi olub.


O, eyni zamanda 2023-cü ilin sentyabrından 2026-cı ilin iyulunadək Beynəlxalq Valyuta Fondunda İcraçı Direktorun müşaviri vəzifəsində çalışıb.

R.Həsənov 2019–2023-cü illərdə isə Azərbaycan Maliyyə Nazirliyində direktor müavini vəzifəsində fəaliyyət göstərib. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO