Dünya Bankından Azərbaycanla bağlı müsbət PROQNOZ

Dünya Bankından Azərbaycanla bağlı müsbət PROQNOZ

Hazırda oxunan: Dünya Bankından Azərbaycanla bağlı müsbət PROQNOZ

618831

Dünya Bankı 2026 və 2027-ci illər üçün Azərbaycan üzrə iqtisadi artım proqnozlarını yaxşılaşdırıb.

Bizim.Media APA-ya istinadən xəbər verir ki, bu barədə Bankın qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib.

Dünya Bankının yenilənmiş proqnozuna görə, Azərbaycanın real ÜDM-i 2026-cı ildə 2 faiz, 2027 və 2028-ci illərdə isə 1,8 faiz artacaq.
 

Başqa sözlə, Bank yanvar proqnozu ilə müqayisədə 2026-cı il üçün proqnozunu 0,2 faiz bəndi, 2027-ci il üçün isə 0,1 faiz bəndi artırıb.


Dünya ümumilikdə Cənubi Qafqaz ölkələri üzrə isə iqtisadi artım proqnozunu 2026-2027-ci illər üzrə 3,4%, 2028-ci ildə isə 3,2% proqnozlaşdırıb. Əvvəlki proqnoza nisbətən Bank 2026-cı il üzrə proqnozunu 0,1% bəndi, 2027-ci il üzrə 0,3% bəndi yaxşılaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO