Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 10 dəfəyə yaxın artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 10 dəfəyə yaxın artıb

Hazırda oxunan: Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 10 dəfəyə yaxın artıb

613837

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,9 % çoxdur.
 

Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.


Son nəticədə xarici ticarətdə 6 milyard 354 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 9,7 dəfə çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO