WUF13 Azərbaycanın investisiya potensialının tanıdılmasına xidmət edəcək

WUF13 Azərbaycanın investisiya potensialının tanıdılmasına xidmət edəcək

Hazırda oxunan: WUF13 Azərbaycanın investisiya potensialının tanıdılmasına xidmət edəcək
613617
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanın investisiya potensialının tanıdılmasına xidmət edəcək.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

O xatırladıb ki, bu gündən Bakıda Ümumdünya Şəhərsalma Forumu işinə başlayır:

"Bəs WUF13 Azərbaycana hansı üstünlükləri qazandıracaq?

Ümumdünya Şəhərsalma Forumu iştirakçılıq səviyyəsinə görə dünyada ikinci ən böyük tədbir hesab olunur, say və iştirakçılıq baxımından yüksək səvviyyəli tədbirdir. Forum həm Bakının infrastrukturunun, həm də Azərbaycanın bu istiqamətdə tətbiq etdiyi yeni modellərin təqdimatı baxımından vacibdir. Baxmayaraq ki, tədbirlərin keçiriləcəyi yer paytaxtdır, Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən yeni modellər və xüsusilə də, şəhərsalma modeli WUF13 vasitəsilə də təqdim ediləcək".

V.Bayramov həmçinin WUF13-ün turizmin inkişafı baxımından da vacib olduğunu söyləyib:
 

"Bir tərəfdən, tədbirdə iştirak edən nümayəndə heyətinin sayı kifayət qədər ciddi rəqəmdir. Digər tərəfdən, bu Azərbaycan potensialının təqdimatına imkan verəcək və eləcə də, sərmayənin cəlb edilməsi aspektindən əhəmiyyətli hesab edilməlidir. Xüsusən də qeyri-neft sektorunun potensialının təqdim olunması və yeni investisiyaların cəlbi aspektindən də vacib sayılır. Belə ki, qeyri-neft sektoru və infrastrukturun təqdimatı həmçinin ölkə iqtisadiyyatının inkişafına töhfədir.


Bu baxımdan, COP29-dan (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP)) sonra ikinci ən böyük tədbir hesab olunan WUF13 xüsusən də iqtisadiyyatın inkişafı ilə bağlı hədəflərin reallaşması aspektindən də Azərbaycan üçün əhəmiyyətlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO