Neft bahalaşması ölkəmizə nə qədər əlavə qazanc gətirdi?

Neft bahalaşması ölkəmizə nə qədər əlavə qazanc gətirdi?

Hazırda oxunan: Neft bahalaşması ölkəmizə nə qədər əlavə qazanc gətirdi?
602555
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Neft və qaz gəlirlərinin artması qaçılmazdır və bu artım Azərbaycanın ümumi neft gəlirlərinə kifayət qədər müsbət təsir göstərəcək.

Bu təsir birbaşa dövlət büdcəsinə deyil, Azərbaycan Dövlət Neft Fondunun da daxil olduğu icmal büdcəyə yönələcək. Nəticədə Neft Fonduna daxilolmalar artacaq.

Bizim.Media xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli enerji qiymətlərindəki artımın ölkəmizə təsirlərindən danışarkən deyib.

O bildirib ki, hazırda artımın dəqiq həcmini demək çətindir, çünki qiymətlərin nə qədər müddət yüksək qalacağını proqnozlaşdırmaq asan deyil:

“Son üç həftə ərzində qiymətlər ardıcıl şəkildə artır. Bu tendensiyanın nə qədər davam edəcəyi isə zamanla bəlli olacaq”.

İqtisadçı qeyd edib ki, qiymət artımı birbaşa gəlirlərə ciddi təsir göstərir:

“Hər 1 dollar qiymət artımı Azərbaycanın Neft Fonduna gündəlik təxminən 450 min dollar əlavə gəlir gətirir. Əgər qiymət 10 dollar artırsa, bu, gündəlik 4,5 milyon dollar əlavə gəlir deməkdir.

Müharibə başlayandan bəri Azərbaycan neftinin qiyməti təxminən 50–60 dollar yüksəlib. 60 dollarlıq artım isə gündəlik təxminən 27–28 milyon dollar əlavə gəlir deməkdir. Əgər bu vəziyyət bir ay davam edərsə, əlavə gəlirimiz təxminən 700 milyon dollara çata bilər.


İki ay davam edərsə, bu rəqəm təxminən 1,5 milyard dollara yaxınlaşa bilər. Bu isə nəzərdə tutulan gəlirdən əlavə qazanc deməkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO