Müalicə mərkəzlərinin sertifikatlaşdırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Müalicə mərkəzlərinin sertifikatlaşdırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Müalicə mərkəzlərinin sertifikatlaşdırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
598714
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Sanatoriyaların eləcə də müalicə mərkəzlərinin sertifikatlaşdırılması ilə bağlı  Səhiyyə Nazirliyinə də müraciət olunub. Sertifikatlaşdırma işlərinin ilkin mərhələdə aparılması üçün konsepsiya sənədləri hazırlanıb”.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova parlamentin Əmək və sosial siyasət komitəsində “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

“Qastroturizm ilə bağlı əsas hədəflərimiz var.

Çünki Azərbaycanın regionda xüsusi  edən elementlərdən biri də ölkəmizin zəngin mətbəxidir. Bunun üçün bir neçə istiqamətlərdə işlər görürük. Xüsusilə də gastronomiyanın ölkəmizdə ali təhsil səviyyəsinə çatması üçün qastronomiya ixtisasının açılması ilə bağlı Elm və Təhsil Nazirliyi ilə iş görülür. 

Bununla yanaşı, regionlarda icma əsaslı turizmin inkişafı çərçivəsində vətəndaşların öz evlərini qonaq evi kimi fəaliyyət göstərməsi, eləcə də ev şəraitində hazırladıqları milli yeməkləri turistlərə təqdim etməsi üçün müvafiq mexanizmlər üzərində iş gedir” – deyə Agentlik rəsmisi vurğulayıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO