BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya SƏFƏR ETDİ - FOTO

BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya SƏFƏR ETDİ - FOTO

Hazırda oxunan: BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya SƏFƏR ETDİ - FOTO
594736
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində təşkilati koordinasiya, texniki və əməliyyat məsələləri ilə bağlı hazırlıq işlərinin müzakirəsi məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) texniki missiya üzvləri arasında görüşlər keçirilib.

Bizim.Media xəbər verir ki, missiyanın səfəri çərçivəsində yayım və media əməliyyatları, məkanın hazırlıq səviyyəsi, “Urban Expo” sərgisinin planlaşdırılması, brendinq və istiqamətləndirici lövhələrin layihələndirilməsi, İKT və audiovizual sistemlər, müyəssərlik, logistika, dayanıqlılıq və maraqlı tərəflərlə koordinasiya da daxil olmaqla, geniş spektrli prioritet məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 

Canlı yayım və media ilə qarşılıqlı əlaqə planları, tədbir məkanının baş planı, şəhər və tədbir məkanının brendinqinə dair təkliflər üzrə işlər yekunlaşdırılıb, eləcə də nəqliyyat, iaşə, təhlükəsizlik, könüllülərin idarə edilməsi və işçi qüvvəsinin koordinasiyası üzrə əməliyyat hazırlığı üzrə işlər intensiv şəkildə davam etdirilir.


Bu fəaliyyətlər WUF13 tədbirinin peşəkar və səmərəli təşkil olunması, eləcə də inklüziv formatda və yüksək keyfiyyətlə keçirilməsi baxımından mühüm bir mərhələni əks etdirir.

BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya SƏFƏR ETDİ - FOTO - foto 1
BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya SƏFƏR ETDİ - FOTO - foto 2
BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya SƏFƏR ETDİ - FOTO - foto 3
BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya SƏFƏR ETDİ - FOTO - foto 4
BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya SƏFƏR ETDİ - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO